2018-ci ildə Azərbaycan Ukraynadan banklar, ödəniş sistemləri və poçt vəsatəsi ilə həyata keçirilən pul köçürmələrinin məbləğinə görə ilk 5-liyə daxil olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.
Məlumata əsasən, Ukraynadan göndərilən pulların 6%-i Azərbaycana yönəldilib və ölkəmiz bu baxımdan Rusiya (36%) və Gürcüstandan (10%) sonra Çinlə (6%) 3-cü və 4-cü yerləri bölüşdürüb. 5-ci yerdə isə Özbəkistan (4%) qərarlaşıb.
Ukrayna Mərkəzi bankı ötən il digər ölkələrdən köçürmə yolu ilə daxil olan pul vəsaitlərinin nisbətini də açıqlayıb. Siyahıya 17%-lik payla ABŞ liderlik edib. Növbəti yerlərdə İsrail (13%), Rusiya (9%), İtaliya (8%) və Polşa (7%) qərarlaşıb.
Tənzimləyici qurum həmçinin bəyan edib ki, 2018-ci ildə Ukrayna daxilində pul köçürmələrinin ümumi məbləği 2017-ci illə müqayisədə 24,3% artıb və 150,5 mlrd. qrivna (təxminən 9,5 mlrd. ABŞ dolları) təşkil edib.