“Azərbaycan” dövlət nəşriyyatı (“Azərnəşr”) 2019-cu ili 98 min manat zərərlə başa vurub.
Eləcə də bax: “Azərbaycan” nəşriyyatı - ZƏRƏRLƏ İŞLƏYİB
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 4,6 dəfə azdır.
Bununla belə, qurumun yığılmış zərəri 1,6% artaraq 6,197 milyon manata çatıb.
Bu il yanvarın 1-nə "Azərnəşr"in aktivləri 26,33 milyon manat olub ki, bu da illik müqayisədə 5,9% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 29,2% artaraq 6,907 milyon manata çatıb, balans kapitalı isə 0,5% azalaraq 19,423 milyon manata düşüb.
Xatırladaq ki, “Azərnəşr” 1923-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4,742 milyon manatdır. (Report)