Xəbər verdiyimiz kimi, “AzerGold” QSC Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələri təqdim edib. İlkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilib.
FED.az xəbər verir ki, növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub.
5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçiriləcək.
Sikkə və külçələrin qiymətləri aşağıdakı şəkildədir:
Eləcə də bax: Qiymət artımının səbəbi «ağ mühasibatlığ»a keçiddir – EKSPERTDƏN AÇIQLAMA
Sikkələr
5 qr. qızıl sikkə (əyar 999.9) – 700.00 manat
10 qr. qızıl sikkə (əyar 999.9) – 1350.00 manat
20 qr. qızıl sikkə (əyar 999.9) – 2550.00 manat
5 qr. gümüş sikkə (əyar 999.9) – 120.00 manat
10 qr. gümüş sikkə (əyar 999.9) – 190.00 manat
20 qr. gümüş sikkə (əyar 999.9) – 260.00 manat
5 qr. qızıl külçə (əyar 999.9) – 650.00 manat
10 qr. qızıl külçə (əyar 999.9) – 1300.00 manat
20 qr. qızıl külçə (əyar 999.9) – 2500.00 manat