“Expo-2025” sərgisinin Bakıda keçiriləcəyi halda Azərbaycanın illik xərcləri 120 mln. avro təşkil edəcək.
Bunu maliyyə naziri səlahiyyətlərini icra edən Samir Şərifov deyib.
“7 il ərzində sərginin keçirilməsi üçün meydançanın hazırlanmasına ümumi xərclər 765 mln. avro təşkil edəcək. Ümumilikdə, “Expo-2025”-ə Bakının ev sahibliyi edəcəyi halda, illik xərclər 120 mln. avro təşkil edəcək”, - S.Şərifov bildirib.
Bununla belə, o qeyd edib ki, Azərbaycan sərginin təşkili və keçirilməsi üçün xərclərin qiymətləndirilməsi məqsədilə beynəlxalq ekspertləri cəlb edib.
S.Şərifovun rəyinə görə, sərginin Bakıda keçirilməsi həç şəhərin, həm də bütövlükdə ölkənin inkişafına töhfə verəcək. “Expo-2025-in keçirilməsi biznes-mühitin yaxşılaşdırılması, turizm və ümumilikdə iqtisadiyyatın inkişafı üçün yeni imkanlar yaradacaq”, - o qeyd edib.
İnterfaks-Azərbaycan