«Atabank»ın yeni təqdim etdiyi «Visa Signature» kartının öz sahibləri üçün nəzərdə tutulan üstünlüklər açıqlanıb. FED.az xəbər verir ki, kart sahibləri «Visa Signature» vasitəsilə dünyanın 500-dən artıq aeroportunda VİP müştəri olacaq, eləcə də geniş səhiyyə və sığorta xidmətləri ilə əhatə olunacaqlar.
Kartın digər məhsullardan əsas fərqlərindən biri kart sahiblərinə göstəriləcək səhiyyə və sığorta dəstəyidir.
Bu nə deməkdir?
Bankdan verilən məlumata görə, «Visa Signature»nin sahibi səyahət biletini və ya otel rezervasiyasını «Visa Signature» kartı ilə etdiyi halda bu səyahətin sığortası ona, həyat yoldaşına və himayədə olan uşaqlara da aid edilir. Səyahət xərcləri «Visa Signature» kartı ilə ödənildiyi halda sığorta hadisəsindən asılı olaraq dəyişən sığorta ödənişi təmin edilir (500 000 ABŞ dollaradək)
Sığorta məbləği, məsuliyyət məhdudiyyəti, istisnalar, şərtlər, sığorta polisi və digər məlumatı buradan əldə etmək olar. https://
7/24 konsyerj xidməti
«Visa Signature»nin öz sahiblərinə yaratdığı daha bir imkan 7/24 vaxt rejimində konsyerj xidmətidir. Bu xidmətdən istifadə etmək üçün telefonla «Visa Signature Concierge» zəng etmək kifayətdir.
Konsyerj xidmətinin imkanları:
-Əlamətdar tədbirlərin təşkilində kömək
-Səfərlərin təşkilində kömək
-İstirahət və əyləncə təşkilində yardım
-Şəxsi tapşırıqlar
-Məsləhət xarakterli xidmətlər
Sahibini VİP müştəriyə çevirir
«Visa Signature»nin daha bir üstünlüyü isə xaricə səyahət edənlər üçün vacibdir. Bu kartın sahibləri beynəlxalq hava limanlarının VİP-zallarına giriş imkanı əldə edirlər. Həmin güzəşt dünyanın 500-dən çox hava limanına aiddir. Kart sahibi həmin aeroportlarda fəaliyyət göstərən VIP gözləmə zallarının bütün üstünlüklərindən istifadə edə bilər.Turizm, avtomobil icarəsi və ticarət endirimləri
Yeri gəlmişkən, kart sahibləri Visa-nın digər partnyorlarından da endirimlər əldə edə bilərlər. Bankdan bildirilir ki, yuxarıda qeyd olunanlardan başqa alış-veriş «Visa Signature» kartı ilə ödənildiyi halda alınmış mallar da sığortalanır. Əlverişli otel rezervasiyası, kurortlar, avtomobil icarəsinə və Visanın lokal partnyorlarından olan endirimlər təklif olunur.
«Visa Signature»yə necə sahib olmaq mümkündür?
«Visa Signature» kartının illik istifadəsi 180 manat, iki illik 240 manat, 3 illik isə 300 manatdır. Kartı həm qiymətini ödəməklə, həm hesaba ilkin mədaxil etməklə əldə etmək mümkündür. Kartıpulsuz əldə etmək üçün «Atabank»dakı hesaba 30 000 AZN/USD/EUR yerləşdirmək kifayətdir.