“ASAN Finans” ümumilikdə 20 təşkilatla əməkdaşlıq edir. FED.az xəbər verir ki, banklardan 4-ü ASAN Finans-a tam inteqrasiya olunub.
“Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik hüquqi şəxsin direktoru Fariz Cəfərov açıqlaması zamanı bildirib: “”Paşa Bank”, “Kapital Bank”, “Ekspressbank”, “Premium Bank”la yanaşı 1 kredit təşkilatı “Azərbaycan Mikro Kredit” MMC, 1 ödəniş sistemi “PaySist” MMC ilə inteqreasiya prosesləri yekunlaşıb. “Accessbank” və “Rabitəbank”, Beynəlxalq Bankla inteqrasiya prosesinə yeni başlanılıb. Qeyd edim ki, “ASAN Finans”a Azərbaycanda mövcud olan bütün bank və maliyyə qurumları əməkdaşlıq təklif edib.”
“Hər bir təşkilat, sahibkarlıq subyekti, bank üçün bu məlumatları sürətli şəkildə almaq əlverişlidir. “ASAN Finans” çərçivəsində böyük sığorta şirkətləri ilə də əməkdaşlıq əlaqələri qurulub. Sırf maliyyə institutları üçün nəzərdə tutulan “Rəqəmsalıqla Reallığa”adlandırdığımız təqdimatda bizim qurumun hansı yenilikləri edəcəyi Elektron Hökumətin İnkişafı Mərkəzi olaraq hansı layihələri həyata keçirməyi planlaşdırdığımızı və görülən işləri bildirdik. Təqdimatdan sonra yeni müraciətlər aldıq. Bunların arasında tək bank və sığorta şirkətləri deyil, vətəndaşların sənədləri əsasında kredit verərək, böyük texnoloji avadanlıqların satışını həyata keçirən mağazalar şəbəkələri kimi şirkətlər də var. “ASAN Finans” əməkdaşlıq etməkdə maraqlı olan bütün idarə və təşkilatlara bu imkanları yaradır” – deyə Fariz Cəfərov bildirib.