Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin aprel ayı ərzində 802,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Fonddan bildirilib.
Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
2018-ci 4 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 2 milyard 112,8 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, Aprel ayında Türk lirəsinin və Rusiya Rublunun dəyərdən düşməsilə əlaqədar olaraq Azərbaycanda da ajiotaj alışları başlamışdı.