2024-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 12781,0 milyon manat təşkil edəcək.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da 2023-cü il üçün nəzərdə tutulan transferti ilə müqayisədə 1043,3 milyon manat və ya 8,9 faiz çoxdur.