Gələn il yol vergisi üzrə daxilolmalar 37,0 milyon manat nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 3,0 milyon manat və ya 7,5 faiz azdır.
Azalmaya səbəb “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 829-VIQD nömrəli Qanunu ilə 38 tondan 41 tonadək olan avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün ödənilən 0,15 ABŞ dolları məbləğinin ləğv edilməsi ilə əlaqədardır.