2020-ci ilin yanvarında Türkiyə Azərbaycana hazır geyim ixracını artırıb.
Eləcə də bax: Azərbaycan Almaniya və ərəb ölkələrinə - GEYİM İXRAC ETMƏYƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə "trend"-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ötən ay Türkiyə Azərbaycana 4,055 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 65,55 faiz çoxdur.
Nazirlikdən bildiriblər ki, 2020-ci ilin yanvarında Türkiyə dünya bazarlarına 1,496 milyard dollar məbləğində hazır geyim ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,76 faiz çoxdur.