Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb.
Nazir: "KOB-lara verilən dövlət dəstəyi yalnız güzəştli kreditlərlə məhdudlaşmamalıdır"
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanunda nəzərdə tutulan yoxlamalar (vergi, gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti, dərman vasitələrinin və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə qanunsuz qoşulması ilə bağlı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan yoxlamalar) istisna olmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılıb.