Bu ilin yanvar-iyul aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 97,7 milyard dollar təşkil edib, Çinin Rusiyadan idxalı 49% artıb.
Eləcə də bax: "Qazprom" Çinə qazı rubl və yuanla - SATACAQ
FED.az xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Çjan Hanhuey deyib.
"12 il ərzində Çin Rusiyanın əsas tərəfdaşı olub, bu ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 29,9% artaraq 97,7 milyard dollara çatıb, Çinin Rusiyadan idxalı 49% artıb və ikitərəfli ticarət həcminin artımını 20 faiz ötüb", - deyə səfir bildirib. (Trend)