Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 506 min 779,6 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5% çoxdur.
Nazir: "Dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft sektorundan əldə edilib"
FED.az DGK-nın yaydığı hesabata istinadən xəbər verir ki, ötən ay dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 29,4% artaraq 121 min 932,6 min manat təşkil edib. (Apa)