Bu gün Prezident İlham Əliyev CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
FED.az-ın məlumatına görə, dövlət başçısı CISCO şirkətinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində həyata keçirdiyi layihələrə toxunaraq bu sahənin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu bildirib.
ELƏCƏ DƏ BAX: Azərbaycanın Qətərlə Türkiyəyə qoşulması – TƏKLİF EDİLİB
Prezident İlham Əliyev regional əməkdaşlıq üçün yeni infrastrukturun yaradıldığını nəzərə alaraq, digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu söyləyib.
CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix Azərbaycan Prezidenti ilə əvvəlki görüşünü məmnunluqla xatırlayaraq şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib. Ölkəmizə səfərindən xoş hisslər keçirdiyini deyən qonaq səfərinin məqsədinin əməkdaşlığın perspektivlərini müzakirə etməkdən ibarət olduğunu deyib və bu əməkdaşlığın “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına uyğun şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisinin əhəmiyyətinə toxunularaq bu tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi qeyd olunub.
Məşhur şirkət – ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRƏCƏK
19:43
3 Dek 2018