COP29 çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü - BICFIT təqdim olunub.
Mərkəzi Bankın nəzarət etdiyi subyektlər taksonomiyanın əsas istifadəçiləri olacaqlar
FED.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, bu təşəbbüs maliyyə, investisiya və ticarət fəaliyyəti ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında əlaqəni artırmaq üçün tərəfdaşlıq platforması yaratmaq məqsədi daşıyır.
Nazir onu da qeyd edib ki, Maliyyə, İnvestisiya və Ticarət Günündə aparılan müzakirələr bu istiqamətlərdə siyasətin iqlim məqsədlərinə uyğunlaşdırılması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.