Azərbaycan konyakının satışında hələ də problemlər qalmaqdadır.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistikadan yadın görünür.
ELƏCƏ DƏ BAX: Azərbaycanın armatur bazarında qalmaqalın – PƏRDƏARXASI
Keçən ilin yanvar-oktyabr aylarında 4,1 min dekalitr Brendi (konyak) istehsal edilib. Bu, 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,3 faiz az olub. Ancaq keçən il noyabrın 1-nə anbarlarda bundan 7 dəfədən çox - 29,2 min dekalitr hazır məhsul olub.
Bu ilin yanvar-oktyabr aylarında keçən ilin anoloji dövrü ilə müqayisədə məhsul istehsalı 4 dəfə artaraq 16,3 min dekalitrə çatsa da, satış sahəsində problem qalıb. Noyabrın 1-nə anbarlarda 21.9 min dekalitr məhsul qalıb ki, bu da istehsal edilən məhsuldan 34 faiz çoxdur.
İstehsalı artıb, problemlər – HƏLƏ QALIB
19:53
11 Dek 2018