2019-cu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 131,6 milyon manat vəsait yönəldilib. FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ötən illə müqayisədə sərmayə qoyuluşunun həcmində 3,16% azalma var. Xatırladaq ki, ötən ilin eyni dövründə iqtisadiyyata sərmayələr 6 milyard 331,7 milyn manat olmuşdu. Bu il investisiyaların 68,4 faizi və ya 4 milyard 194 milyon manatı bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilib. Ötən il isə bu göstərici bütün yatırımların 72,9 faizi, yəni 4 milyard 616 milyon manat idi. Başqa sözlə tikinti quraşdırma işlərinə sərf edilən vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 422 milyon manat və ya 9,1% azalıb. 2019-cu ilin ilk yarısında istifadə olunmuş vəsaitin 63,8 faizi məhsul istehsalı sahələrinə, 26,6 faizi xidmət sahələrinə, 9,6 faizi isə ümumi sahəsi 1087,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. 2018-ci ilin ilk yarısında isə istifadə olunmuş vəsaitin 72,0 faizi məhsul istehsalı obyektlərinin, 20,7 faizi xidmət sahələri üzrə obyektlərin, 7,3 faizi isə ümumi sahəsi 946,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Ötən illə müqayisədə yaşayış evlərinin tikintisi 141,3 min kvadratmetr və ya təqribən 15% artıb. 2019-cu ilin ilk yarısında iqtisadiyyata investisiya qoyuluşunun 71,3%-i daxili sərmayələr, 28,7% isə xarici sərmayələr olub. 2018-ci ilin ilk yarısında iqtisadiyyata investisiya qoyuluşunun 54,3%-i daxili sərmayələr, 45,7% isə xarici sərmayələr olmuşdu. 2019-cu ilin ilk yarısında əsas kapitala yönəldilmiş sərmayənin mənbəyinə gəlincə ötən illə müqayisədə vəziyyət belə dəyişib:
|
İqtisadiyyata sərmayə qoyuluşu azalıb – DETALLAR, SİYAHI
12:39
12 İyul 2019