Bu ilin 9 ayı ərzində Azərbaycanda 9254 kommersiya və qeyri-kommersiya hüquqi şəxs yaradılıb.
Oktyabrın 1-i üçün ölkədə hüquqi şəxslərin sayı 127,2 mindən çox olub. Bunun 78%-i kommersiya xarakterli müəssisələrdir.
Azərbaycanda qeydiyyatdan keçmiş dövlət və özəl müəssisə və təşkilatların 55%-i (70,1 min) Bakı şəhərinin, 1,5%-i (1939) Naxçıvan Muxtar Respublikasının payına düşür.