Hindistan 2022-ci ilin sonunda əhalisinin sayına görə Çini geridə qoydu.
Hindistandan Azərbaycana qarşı qeyri-dost addım - PREZİDENT AÇIQLADI
FED.az xəbər verir ki, World Population Review (WPR) nəşrinin məlumatına görə, 2022-ci ilin sonunda Hindistan əhalisi 1 milyard 417 milyon nəfər olub. Bu Çindən 5 milyon nəfər artıqdır.
Hindistanda əhalinin artımı sürətlə davam edir və artıq 2023-cü ilin yanvarın 18-ə 1 milyard 423 milyona çatıb.
Qeyd edək ki, Hindistanın əhali sayına görə Çini ötüb keçəcəyi gözlənilirdi – hələ 2017-ci ildə BMT bu proqnozu vermiş, amma birldirmişdiki, bu 2024-cü ildə baş verəcək.
Çində isə son 60 ildə - 1959-1961-ci ildən bəri ilk dəfə əhalinin azalması baş verib – rəsmi məlumatlara görə, 2022-ci ildə Çində əhalinin sayı təqribən 850 min nəfər azalıb.
BMT-nin məlumatlarına görə, 2022-ci il noyabrın 15-lə Yer əhalisinin sayı 8 milyard nəfərə çatıb. Əsas artım Asiya ölkələrini hesabınadır. Afrikada əhali 400 milyon nəfər artıb, Hindistanda isə 177 milyon nəfərlik artım olub.
Planet əhalisi 9 milyard nəfərə 2037-ci ildə çatacaq, 2058-ci ildə isə 120 milyard nəfərlik həddi keçəcək. Planetdə əhalinin ən çox yaşadığı dövr, proqnozlara görə 2080-2100-cü illər olacaq – 10,4 milyard nəfər.