Azərbaycanda istehsal edilən bir sıra rezin və plastik kütlə məmulatlarının satışında problemlər müşahidə olunur.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin 2017 və 2018-ci illərin yanvar-sentyabr ayları üçün açıqlanan statistikasından məlum olur.
ELƏCƏ DƏ BAX: Azərbaycanın pomidor ixracından gəliri – AÇIQLANDI
Bu ilin 9 ayında 7 min 816,6 5 9 ton bərk polietilen borular, borucuqlar, şlanqlar, qollar istehsal edilib. Bu, keçən ilin anoloji dövrü ilə müqayisədə 34,7 faiz çoxdur. Amma oktyabrın 1-ə anbarlarda istehsal edilən məmulatın 50 faizindən çox – 3 min 959 ton qalıb. Keçən ilin 9 ayında 2016-cı ilin anoloji dövrü ilə müqayisədə istehsal 2,8 faiz azalsa da, həmin il oktyabrın 1-ə istehsal edilmiş 5 min 804,9 ton məmulatın 68 faizindən çoxu – 3 min 962,9 tonu anbarlarda olub.
Ölkədə istehsal edilən plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin satışına gəlincə, keçən ilin yanvar-sentyabr aylarında 510,1 ton məmulat istehsal edilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6,5 dəfə çox olub. Lakin 2017-ci il oktyabrın 1-ə anbarlarda 224,9 ton məmulat qalıb. Bu da istehsal edilən məmulatın 44 faizinə bərabərdir. Satışla bağlı problemlərlə əlaqədardır ki, bu ilin 9 ayında keçən ilin anoloji dövrü ilə müqayisədə istehsal 52,1 faiz azalaraq 244,4 tona düşüb. Buna baxmayaraq, oktyabrın 1-ə anbarlarda 62,7 ton, yəni istehsal edilən məmulatın 25 faizindən çoxu qalıb.
Son iki ildə butullar, butulkalar və tutumu 2 litrdən çox olmayan oxşar plastik məmulatların satışında da irəliləyiş əldə olunmayıb. Bu il bu məmulatların istehsalı keçən ilin anoloji dövrü ilə müqayisədə 58,8 faiz artıb. Amma 2018-ci ilin yanvar-sentyabr aylarında 3 milyon 936 ,9 min ədəd məmulat istehsal olunubsa, oktyabrın 1-ə anbarlarda 3 milyon 970,2 min ədəd məmulat qalıb. Bu da hətta bu il istehsal edilən məmulatdan 33,3 min ədəd, yəni 0,8 faiz çoxdur. Keçən ilin yanvar-sentyabr aylarında satışla bağlı vəziyyət daha acınacaqlı olub. İstehsal 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 39,6 faiz azalaraq 2 milyon 478,8 min ədədə düşsə də, 2017-ci il oktyabrın 1-ə anbarlarda 4 milyon 576,9 min ədəd məmulat olub. Yəni anbarlarda qalan məmulat istehsal ediləndən 85 faizə qədər çox olub.
Hansı plastik məmulatlar satılmır? – STATİSTİKA
20:06
2 Noy 2018