Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 991 023,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2% azdır.
Eləcə də bax: Gömrük Komitəsi büdcəyə - 991 MİLYON MANAT KÖÇÜRÜB
FED.az DGK-yə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,4% artaraq 257 807,9 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 1,24% azalaraq 691 222,1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk üç ayı ərzində daxilolmalar 59,3% azalaraq 31 365,5 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 10 627,9 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 8,1% çoxdur.
Bu ilin mart ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 327717.1 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 6%, bu ilin fevral ayı ilə müqayisədə isə 0,57% azdır. Bu ilin mart ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 10,7% artaraq 87137.8 min manat olub. Bu ilin fevral ayı ilə müqayisədə isə bu göstərici 0,9% artıb. Həmçinin, cari ilin mart ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 3,2% artaraq 225236,8 min manat (bu ilin fevral ayı ilə müqayisədə 2,1% az), aksizlər üzrə 75,4% azalaraq 11852.1 min manat (fevral ilə müqayisədə 20,5% artım), yol vergisi üzrə daxilolmalar isə 2,8% artaraq 3490.4 min manat (fevral ilə müqayisədə 3,2% çox) təşkil edib.
Apa