Bu ilin ilk iki ayında gömrük ödənişlərinin məbləği ötən ilin eyni dövrünə nəzərən 49,34% artıb.
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu ilin ilk iki ayında gömrük ödənişlərinin cəmi məbləği 665 mln 678 min manat olub, ötən ilin eyni dövründə isə bu göstərici 445 mln 752 min manat idi. Başqa sözlə gömrük ödənişlərinin cəmi məbləği 49,34% artıb.
Bu ilin ilk iki ayında ƏDVüzrə daxil olan məbləğ ötən ilin eyni dövrünə nəzərən 56,03% artaraq 481 mln 692 min manat olub.
Eləcə də bax: Bu il fındıq ixracından 25 mln dollar gəlir əldə olunub
Aksizlər üzrə büdcəyə daxil olmalar bu ilin ilk iki ayında ötən ilin ryni dövrünə nisbətən 2,20 dəfə artaraq 28 mln 911 min manata yüksəlib.
Bu ilin ilk iki ayında yol vergisi üzrə büdcəyə daxil olmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,72% artaraq 6 mln 431 min manat təşkil edib.
Gömrükdən yığımlar 50%-ə yaxın artıb - RƏQƏMLƏR
14:48
15 Mart 2019