Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
FED.az xəbər verir ki, Məcəllənin 64.2-ci maddəsinə edilən dəyişiklikdə gömrük işçiləri tərəyindən aparılan şəxsi yoxlama zamanı hal şahidlərinin iştirakı ilə yanaşı, videoçəkilişdən istifadə edilməsinə də icazə verilir. Amma şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yaranarsa, videoçəkilişdən istifadəyə icazə verilmir, hal şahidləri və yoxlayanlar isə yoxlanan şəxslə eyni cinsdən olmalıdır.
Gömrükdəki yoxlamalar videoçəkilişlə olacaq - YENİLİK
09:03
12 Yan 2018