Gömrük Komitəsinin Kollegiyası "Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları”nda dəyişiklik edib.
FED.az xəbər verir ki, qüvvədə olan "Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları”na əsasən gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi 4 dəhlizli sistem (formalar) əsasında qurulur.
ELƏCƏ DƏ BAX: Səyyar vergi yoxlamalarında dəyişiklik var - NAZİRLİK AÇIQLAYIR
Bura yaşıl dəhliz, mavi dəhliz, sarı dəhliz və qırmızı dəhliz daxildir. Yaşıl dəhliz mallara və ya nəqliyyat vasitələrini yoxlama, eləcə də şəxsi yoxlama tətbiq edilmədən buraxılışıdır. Mavi dəhliz malların və ya nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük nəzarəti formaların tətbiqidir. Qırmızı dəhliz gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin yoxlanılmasıdır (tələb olunduğu hallarda şəxsi yoxlamadır).
Dəyişiklik sarı dəhlizlə bağlıdır. İndiyə qədər sarı dəhliz gömrük məqsədləri üçün məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanılmasını ehtiva edib. Dəyişikliyə əsasən bu siyahıya qida təhlükəsizliyi sertifikatlarının yoxlanılması daxil edilib.
Dəyişiklik dekabrın 9-dan qüvvəyə minib.
Gömrükdə “sarı dəhliz”ə yoxlanacaq sənədlərin sayı artdı
15:12
12 Dek 2018