İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-noyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111,19 % əməl edib.
Eləcə də bax: Aksizlərin və rüsumların artırılması avtomobillərin qiymətinə - Necə Təsir Edəcək?
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Komitənin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.
O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 396,3 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.