Dövlət Gömrük Komitəsi iki gömrük məntəqəsi üzrə dəmir yolu skanerləri istifadəyə verəcək.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda keçirilən ictimai müzakirədə bildirib.
İ.Babayevin sözlərinə görə, Rusiya istiqamətində dəmir yolunda skanerlər artıq quraşdırılıb və hazırda istifadədir.
“Yaxın zamanda isə Gürcüstan (Böyük-Kəsik) və İran istiqamətində (Astara) dəmir yolunda skanerlər istifadəyə veriləcək və qatarların hərəkətini dayandırmadan malların sürətli yoxlanılması həyata keçiriləcək”, - deyə idarə rəisi əlavə edib.