Bu ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 348,392 mln. manat vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 67,154 mln. manat və yaxud 23,9% çoxdur.
FED.az xəbər verir ki, DGK-nin məlumatına görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 4,246 mln. manat və yaxud 5,7% artaraq 78,67 mln. manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 28,409 mln. manat və yaxud 15% artaraq 218,165 mln. manat, aksizlər üzrə daxilolmalar 33,923 mln. manat və yaxud 3,4 dəfə artaraq 48,162 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 575 min manat və yaxud 20,4% artaraq 3,394 mln. manat təşkil edib.