Dövlət Gömrük Komitəsinin (DGK) bu il büdcə öhdəliyini artıqlaması ilə yerinə yetirməsi gözlənilir.
Eləcə də bax: Rüsumların artırılmasından büdcəyə 100 milyona yaxın vəsait - DAXİL OLACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Komitənin sədri Səfər Mehdiyev deyib.
“İdxal mallarının statistik göstəricilərinin təhlili göstərir ki, bu ilin 10 ayı ərzində idxal mallarının həcmində artımın müşahidə olunması ilə DGK üçün 2021-ci ildə qanunla müəyyən edilmiş illik 3 milyard 900 milyon manat büdcə öhdəliyinin təxminən 110-111 faiz yerinə yetirilməsi gözlənilir”, - deyə sədr bildirib.