İqtisadiyyat

Gömrük İdarələrinin rəisləri dəyişdi - YENİ TƏYİNATLAR

Gömrük İdarələrinin rəisləri dəyişdi - YENİ TƏYİNATLAR | FED.az
12:57 4 May 2018

Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub.

FED.az xəbər verir ki, Balakən Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Qismətov Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb. S. Mehdiyevin imzaladığı digər əmrlə İsa Quliyev Balakən Gömrük İdarəsinin rəisi təyin edilib. İ.Quliyev bundan əvvəl də DGK-də çalışıb.

Bundan başqa, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Bu vəzifəyə Kənan Məmmədov təyinat alıb. Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqova isə Şirvan Gömrük İdarəsinin rəisi vəzifəsi həvalə olunub. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük İdarəsində eyni vəzifəyə gətirilib.

Xəbər verdiyimiz kimi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər. Dünən Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev bununla bağlı müvafiq əmri imzalamışdı.

Kadr dəyişikliklərinin rotasiya qaydasına uyğun olaraq islahatların tərkib hissəsi olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.

Banner
Banner

Digər xəbərlər