İş adamlarına yeni sistem təqdim olunub.
FED.az xəbər verir ki, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, işgüzalığın artırılması, biznesin şəffaf fəaliyyətinə imkan verən "yaşıl dəhliz" sistemi təqdim olunub. Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl Dəhliz” buraxılış sistemi” mövzusundakı tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı Naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Vergilər nazirinin müavini Mətin Eynullayev çıxış edib.
Eləcə də bax: "Bu prezidentin sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyəsidir"
"Bildiyimiz kimi ötən həftə cənab prezident aqrar sahədə digər mühüm bir islahata imza atdı və kənd təsərrüfatı nazirliyinin tərkibində yeni bir qurum: aqrar təchizat və tədarük açıq səhmdar cəmiyyəti təsis edildi. Bu cəmiyyətin yaradılmasında qarşımızda iki mühüm vəzifə durur. Birincisi fermerlərin məhsullarını həm daxili bazarda, həm də ixracatda tədarük etmək və buna dəstək olmaqdır. "yaşı dəhliz" fermerlərə, iş adamlarına çox böyük üstünlüklər verəcək. Ən çox bəhrələnən sahibkarlar məhz aqrar sahədə faəaliyyət göstərən sahibkarlar olacaq. Çünki, "yaşı dəhliz" sürətli hərəkət deməkdir. Fermerlər artıq məhsulun ixracı üçün, məhsulları rəsmiləşdirmək üçün sərhəddə, gömrük məntəqələrində gözləməli olurdularsa, ilk növbədə vaxta qənaət etmiş olacaqlar. Aqrar məhsullar keyfiyyətin qorunması baxımından vaxta ən həssas olan məhsullardan biridir. Bu fermerlər üzərində bir məsuliyyətdir" , -deyə Kənd Təsərrüfatı Naziri İnam Kərimov kərimov bildirib. (RealTV)