Əhalinin nominal gəlirləri artıb. FED.az Maliyyə Nazirliyinin açıqladığı hesabata istinadən xəbər verir ki, ötən ilin 8 ayı ilə müqayisədə əhalinin nominal gəlirlərinin həcmi 6,4% və ya 36,9 milyard manat artıb. Əhalinin hər nəfərinə düşən gəlir 5,5% artaraq 3727,8 manat olub, bu da orta hesabla 466,0 manata bərabərdir.
Eləcə də bax:Azərbaycanın dövlət büdcəsində - ARTIQLIQ YARANIB
Cari ilin yanvar-avqust aylarında əhalinin orta aylıq əməkhaqqı gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 8,9% artaraq 589,3 manat təşkil edib.