İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə biznes assosiasiyalarının nümayəndələri arasında görüş keçirilib.
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının - Növbəti İclası Keçirilib
FED.az xəbər verir ki, görüşdə keyfiyyətin idarəedilməsi, texniki tənzimləmə, standartlaşdıma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində Dövlət Xidmətinin, eləcə də Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən görülən işlər barədə məlumat verilib.
Mal, iş və xidmətlərə dair keyfiyyətlə bağlı məsələlərin daim diqqətdə saxlanılması və bu istiqamətdə Dövlət Xidməti ilə dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.