Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 126,2% əməl edib.
Eləcə də bax: Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları - 43% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, büdcəyə 403,95 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 83,95 milyon manat çoxdur.