Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 403,953 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,9% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 22,1% artaraq 94,203 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 53,6% artaraq 297,714 milyon manat, aksizlər üzrə daxilolmalar 7,7% azalaraq 8,383 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 32,1% aratarq 3,652 milyon manat olub.