"Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 43% artıb"
FED.az xəbər verir ki, bunu Çində rəsmi səfərdə olan İqtisadiyyat naziri Şahin Mustafayev Çinin nəqliyyat naziri Li Siaopan ilə keçirilmiş görüşdə deyib.
Nazir Ş. Mustafayev ölkəmizdə 100-dən çox Çin şirkətinin fəaliyyət göstərdiyini, 2016-cı və 2017-ci illərdə Çinin Honq Konq, Quancou və Şanxay şəhərlərinə Azərbaycanın ixrac missiyalarının təşkil edildiyini, şərablarımızın vahid ölkə stendi ilə nümayiş olunduğunu qeyd edib. Azərbaycan və Çin iş adamlarının iştirakı ilə 8 biznes forum keçirilib. Bu tədbirlərin nəticəsi olaraq, Çinə şərab ixracına dair müqavilə imzalanıb, Azərbaycan şərabı mükafat alıb.
Çin ilə ticarətimiz 43% artıb
18:07
5 Fev 2018