Cari ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 2 milyon 641,7 mindən çox elektron müraciət daxil olub.
Komitədən FED.az-a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.
Vətəndaşlar Gömrük Komitəsinə 2,6 milyon dəfə müraciət ediblər
09:04
22 Okt 2020