2018-ci ilin sentyabr ayında Bakıda yeni mənzillərin qiymətində ucuzlaşma, köhnə mənzillərin qiymətində isə bahalaşma qeydə alınıb.
ELƏCƏ DƏ BAX: “Sovetski”dən köçürüləcək ev və obyektlərin sayı – AÇIQLANDI
FED.az-ın məlumatına görə, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib.
N.İbrahimov deyib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 3.29 faiz olub.
Ekspert ay ərzində ilkin mənzil bazarında qiymətlərin 1.41 faiz azalma olduğunu qeyd edib. N.İbrahimovun sözlərinə görə, Bakıda yeni binaların tikintisində artım dayanıb. O qeyd edib ki, əvvəlki aylarda hər ay yeni bina bünövrələri qoyulurdu, lakin son 1 ay ərzində təzə bina bünövrəsi qoyulmayıb.
Bakıda mənzillərin qiyməti necə dəyişir? - AÇIQLAMA
21:16
1 Noy 2018