2020-ci ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2019-cu ilin yanvar ayı ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 72,5 milyon manat olub.
Eləcə də bax: Azərbaycanda əhalinin restoranlara – NƏ QƏDƏR PUL XƏRCLƏDİYİ AÇIQLANIB
FED.az Bakı Statistika İdarəsinə istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 40,4 milyon manat təşkil etmişdir.