Banner

İqtisadiyyat

"Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA

"Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA | FED.az
15:22 1 Aprel 2019

AZƏRSUN HOLDİNQ 

Vakansiyanın adı: Daxili Auditor (istehsal müəssisələri üzrə)

İş haqqında məlumat:

• Müəssisəyə aid olan iş yerlərinin periodik olaraq maliyyə və inzibati təftişlərini edən müfəttişlərə köməklik göstərmək; 
• Qanunverciliyin əsaslarını bilməli, normativ aktları və sərəncamları izləməli; 
• İş ilə bağlı ezamiyyətdə olmalı; 
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması;
• Mühasibat hesabatlarının tərtib və təqdim etməlidir.

Namizədə aid tələblər:

• Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsilli olmalı; 
• Mühasibatlıq sahəsi üzrə təcrübə (istehsalat sahəsində minimum 3 il); 
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir; 
• Ingilis dilini bilməsi arzu olunandır; 
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli; 
• Əsasnamələri, daxili qayda qanunları bilməli.

İş yeri: İş yeri daimi olaraq İmişli rayonunda olacaqdır. Qalmaq üçün yer və qida ilə təmin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Daxili Auditor (istehsal müəssisələri üzrə)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Digər xəbərlər

Banner