Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 16 012,583 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.
Son bir ildə Azərbaycandan ixrac 25,8% artaraq 9 054,202 mln. dollar, idxal isə cəmi 382 min dollar artaraq 6 958,381 mln. dollar olub. Son nəticədə, xarici ticarətdə 2 095,821 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 8,8 dəfə çoxdur.