2022-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
1 ayda 284 milyon dollarlıq qeyri-neft məhsulları - İXRAC EDİLİB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları təşkil etmişdir.
Ticarət dövriyyəsinin 41 milyard 672,2 milyon dollarını və ya 74,1 faizini ölkədən ixrac olunmuş məhsullar, 14 milyard 539,9 milyon dollarını (25,9 faizini) isə idxal məhsulları təşkl edib.
Nəticədə 2022-ci ildə xarici ticarətdə 27 milyard 132,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb.
2022-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə 4,2 faiz artaraq 3 milyard 047,7 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 34,4 faizi İtaliya, 11,1 faizi Türkiyə, 7,0 faizi Rusiya, 4,1 faizi Çin, 3,6 faizi Hindistan, 3,3 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,4 faizi Almaniya, 2,1 faizi İspaniya, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Çexiya, 1,8 faizi Xorvatiya, 1,5 faizi Gürcüstan, 1,4 faizi Portuqaliya, 1,3 faizi İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan, Vyetnam və ABŞ, 14,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.