Bu il yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 6 mlrd 668,3 mln ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Eləcə də bax: Azərbaycanın dövlət büdcəsində 213 mln. manatlıq - Profisit Yaranıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % azdır.
Bu ilin ilk 3 ayında xarici ticarət 4,137 milyard ABŞ dolları ixracın, 2,530 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,6 %, idxal isə 4,1 % azalıb.
Son nəticədə xarici ticarətdə 1,607 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,4 % çoxdur. (Report)