2021-ci ilin yanvarında Azərbaycanın xarici ticarət dövriyyəsi 2 milyard 411 milyon 514 min dollar təşkil edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin yanvarı ilə müqayisədə 400 milyon dollar və ya 15,4% azdır.
Yanvar ayında Azərbaycandan xaricə ixrac 1 milyard 624 milyon dollar, xaricdən idxal isə 787,5 milyon dollar olub. Xarici ticarətin müsbət saldosu 836,5 milyon dollar təşkil edib.
Ötən ilin yanvarı ilə müqayisədə, Azərbaycandan xaricə ixrac 506 milyon dollar və ya təqribən 24% azalıb. İdxal isə, əksinə, 66,6 milyon dollar və ya 9,2% artıb.
Xarici ticarətin müsbət saldosu ötən ilin yanvarı ilə müqayisədə 572 milyon dollar və ya 40,6% azalıb.
Xarici ticarətdə pay bölgüsü (%) |
|||
|
Ümumi dövriyyə |
İxrac |
idxal |
Yanvar, 2020 |
100% |
74,7% |
25,3% |
Yanvar, 2021 |
100% |
67,3% |
32,6% |