2021-ci ilin ilk 5 ayında (yanvar-may) Azərbaycandan 86 milyon 999 min dollar dəyərində 76 min 37 ton pomidor ixrac olunub.
Eləcə də bax: Azərbaycanın 55 şirkətinə Rusiyaya alma və pomidor tədarükünə - İcazə Verildi
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin ilk 5 ayı ilə müqayisədə 2021-ci ilin ilk 5 ayında miqdar ifadəsilə 27,5%, dəyər ifadəsilə 29,3% azdır. 2020-ci ilin ilk 5 ayında Azərbaycandan 123 milyon 89 min dollar dəyərində 104 min 860 ton pomidor ixrac edilmişdi.
Lakin Rusiyanın məhdudiyyətləri ləğv etməsilə Aprel ilə müqayisədə Mayda pomidor ixracı sürətlənib. Bu ilin ilk 4 ayında Azərbaycandan 42 milyon 271 min dollar dəyərində 36 min 674 ton pomidor ixrac edilmişdi. Təkcə mayda Azərbaycandan 44 milyon 728 min dollar dəyərində 39 min 363 ton pomidor ixrac edilib ki, bu da 4 aylıq ixracdan da çoxdur.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olmuşdur. (Marja)