2021-ci ilin yanvar-iyun dövründə (ilk 6 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 14 milyard 202 milyon 262 min ABŞ dolları təşkil edib.
Eləcə də bax: İxrac məqsədli aqrar istehsal mallarına gömrük və vergi güzəştləri - Tətbiq Ediləcək
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümlədən idxal əməliyyatları üzrə 5 milyard 391 milyon 164 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 8 milyard 811 milyon 98 min ABŞ dolları ticarət qeydə alınıb. Saldo 3 milyard 419 milyon 933 min dollar təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk 6 ayında ticarət əməliyyatlarının həcmi 12 milyard 675 milyon 815 min ABŞ dolları, o cümlədən idxal əməliyyatları 4 milyard 989 milyon 536 min ABŞ dolları, ixrac əməliyyatları 7 milyard 686 milyon 278 min ABŞ dolları təşkil etmişdi. Saldo 2 milyard 696 milyon 741 min dollar olmuşdu. (Marja)