2021-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycandan 36 milyon 674 min dollar dəyərində 42 min 271 ton pomidor ixrac olunub. Pomidor ixracının 15 milyon 415 min dollarlıq hissəsi Aprel ayında həyata keçirilib.
Eləcə də bax: Bu günə qədər 126 müəssisədən Rusiyaya pomidor ixracına - İcazə Verilib
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin ilk 4 ayı ilə müqayisədə 2021-ci ilin ilk 4 yında dəyər ifadəsilə 38%, miqdar ifadəsilə 42% azalıb.
2020-ci ilin ilk 4 ayında Azərbaycandan 58 milyon 985 min dollar dəyərində 73 min 341 ton pomidor ixrac edilmişdi.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olub. (Marja)