2021-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycandan 18 milyon 63 min dollarlıq nar ixrac edilib.
Eləcə də bax: Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu - KƏSKİN ARTIB
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ixrac edilən narın miqdarı 13 min 172 ton olub. Narın 1 tonunun ixrac dəyəri 1371 dollar (2331 manat və ya kiloqramı 2,3 manat ) təşkil edib.
Dövlət Gömrük Komitəsin 2020-ci ilin ilk 10 ayı ərzində nar ixracı barədə rəqəmləri açıqlamamışdı. (Marja)