Azərbaycanda "eTIR" prosedurunu işə salmaq planlaşdırılır.
Eləcə də bax: "Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır"
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisinin müavini Səməd Qaralov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda konfans zamanı deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq DGK beynəlxalq yükdaşımaların elektronlaşdırılmasının texniki uyğunlaşdırılması üzrə tədbirləri başa çatdırır. DGK ilə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında müvafiq memorandum imzalanacaq.
"Bu gün DGK öz fəaliyyətini 2024-cü ildək nəzərdə tutulan strateji plan layihəsinə uyğun olaraq həyata keçirir. Planda rəqəmsal mühitə keçid nəzərdə tutulur. Bu günədək biz demək olar ki, tamamilə elektron sənəd dövriyyəsinə keçmişik. Azərbaycan elektron formatda Gürcüstan, Türkiyə, Ukrayna, İran, Rusiya kimi ölkələrlə sənəd mübadilə edir. Bu ölkələrin sayının artırılması ilə bağlı işlər aparılır", - deyə o bildirib. (Trend)