Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 193,248 milyon manat təşkil edib.
Eləcə də bax: Səfər Mehdiyev: "Gömrük Komitəsi proqnozdan əlavə 352 milyon manat vəsait toplayıb"
FED.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,05% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,3% artaraq 870,11 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4,2% artaraq 2 170,888 milyon manat, aksizlər üzrə daxilolmalar 16,6% artaraq 120,544 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 15,3% artaraq 31,704 milyon manat olub. (Report)