Azərbaycanın Gömrük Məcəlləsində "gömrük brokeri" sözünün "gömrük təmsillçisi" sözü ilə əvəz edilməsi təklif olunur.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş idarəsinin rəis müavini Səməd Qaralov deyib.
Bununla yanaşı, onun sözlərinə görə, SSRİ dövründən qalan digər sözlərin də dəyişdirilməsi təkliflər arasındadır.